İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırılıb

Vyanada İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar yekun mərhələyə çatıb və siyasi qərarlar üçün dayandırılıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Avropa İttifaqının koordinatoru Enrike Mora bildirib ki, iştirakçılar məsləhətləşmələr üçün paytaxtlarına gedəcək və gələn həftə Vyanaya qayıdacaqlar.

Qeyd edək ki, Vyanada İran, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında sanksiyaların ləğvi müqabilində 2015-ci ildə hazırlanmış İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar aparılır.

2018-ci ildə ABŞ fəaliyyət planından çıxıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə