Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb

Rusiyada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə