ABŞ-ın Pitsburq şəhərində körpü uçub

ABŞ-ın Pensilvaniya ştatının ikinci böyük şəhəri olan Pitsburqdakı Frik Parkda yerləşən körpü naməlum səbəbdən uçub. SİA xarici mətbuata istinadən bildirir ki, ictimai təhlükəsizlik əməkdaşları çökmə zamanı körpünün üzərində avtomobillərin olduğunu və hadisə nəticəsində yaralanan 3 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Körpü bir neçə avtomobil, o cümlədən ictimai avtobus keçərkən uçub. Hadisə nəticəsində 3 nəfərin yüngül xəsarət aldığı və xəstəxanaya aparıldığı, axtarış-xilasetmə qruplarının hadisə yerində işlərini davam etdirdiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə