ABŞ və Aİ müntəzəm müzakirələr edirlər TƏBİİ QAZ TƏDARÜKÜ BARƏDƏ

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukrayna böhranı səbəbindən potensial fasilələrin qarşısını almaq üçün Avropaya müntəzəm təbii qaz tədarükünü təmin etməyə çalışır. SİA xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Leyen birgə bəyanatda bildiriblər.

"ABŞ və Aİ gələcəkdə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yarana biləcək fasilələrin qarşısını almaq üçün dünyanın müxtəlif mənbələrindən Aİ-yə müntəzəm, kifayət qədər və vaxtında təbii qaz tədarükünü təmin etmək üçün birlikdə işləyirlər", deyə Ağ Evin yaydığı bəyanatın mətnində qeyd olunur.

Həmçinin qeyd edilir ki, bu gün ABŞ artıq Aİ-yə ən böyük mayeləşdirilmiş təbii qaz tədarükçüsüdür.

"Biz dünyanın müxtəlif mənbələrindən Avropaya əlavə həcmdə təbii qaz tədarük etmək üçün hökumətlər və bazar operatorları ilə işləyirik. Sıfır karbon emissiyasına doğru irəliləməyə davam etdiyimiz üçün qısa müddətdə təchizatın təhlükəsizliyini yaxşılaşdırıla bilər. Avropa Komissiyası işləyəcək”, deyə birgə bəyanatda bildirilir.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib və qeyd edilib ki, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu, heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...