Macarıstan danışıqlar aparır NATO QÜVVƏLƏRİNİN YERLƏŞDİRİLMƏSI İLƏ BAĞLI

Budapeşt ABŞ-dan əlavə qoşunların yerləşdirilməsi ilə bağlı sorğu alıb, indi bu məsələ Müdafiə Nazirliyi tərəfindən əlaqələndirilir. SİA xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto brifinqdə deyib.

Qeyd edək ki, “Sky News” telekanalı cümə axşamı bildirib ki, NATO üzvləri Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada 1000 nəfərlik yeni döyüş bölmələri yaratmağı nəzərdən keçirir. Qeyd olunur ki, yeni bölmələr Baltikyanı ölkələr və Polşada mövcud olanlara bənzəyəcək.

"Biz həqiqətən də ABŞ-dan xarici qoşunların yerləşdirilməsi ilə bağlı sorğu almışıq. Müdafiə Nazirliyi bu məsələni koordinasiya edir. Mən min nəfərlə bağlı heç kimdən eşitməmişəm", deyə Siyarto bildirib.

Xatırladaq ki, Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında "aqressiv hərəkətlərinin" artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirib və qeyd olunub ki, “Rusiya təcavüzü” iddiaları Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə