İtaliyada Rusiyanın tərəfi tutuldu NATO İLƏ “QARŞIDURMADA”

Ukraynanın NATO-ya daxil olması SSRİ-nin dağılmasından sonra alyansı şərqə doğru genişləndirməyəcəyinə söz verilən Rusiya üçün təxribat olacaq. SİA xəbər verir ki, bu barədə İtaliya parlamentarisi və 5 Ulduz Hərəkatının senatoru Canluka Ferrara RİA Novostiyə bildirib.

"Ümid edirəm ki, sağlam düşüncə qalib gələcək. Mən Ukraynanı bufer dövlət kimi görən Rusiyanın mövqeyini də başa düşürəm. Onun alyansa daxil olması təxribat olacaq və təhlükəsizlik vəziyyətinin pisləşməsinə səbəb olacaq", deyə deyə Ferrara qeyd edib.

Onun sözlərinə görə, Berlin divarı yıxılandan sonra SSRİ prezidenti Mixail Qorbaçova NATO-nu şərqə doğru genişləndirməyəcəyinə söz verilib. O, bildirib ki, hazırkı vəziyyətdə Ukrayna iki böyük qüvvənin ortasında yerləşən ölkəyə çevrilib.

"İndi obyektiv olaraq Rusiya NATO qüvvələri tərəfindən mühasirəyə alınıb. Digər tərəfdən, mən hesab edirəm ki, Ukraynanın suveren dövlət kimi NATO-ya üzv olmaq hüququ ola bilər. Əgər bu baş verərsə, Rusiya üçün düşmənçilik əhval-ruhiyyəsi olacaq", deyən parlamentari iki tərəf arasında mümkün hərbi münaqişəni "dəlilik" adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...