Rusiya Federasiyası Qara Dəniz Donanmasının gəmiləri Qara dənizdə təlimlər keçirib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib. Həmin təlimlər zamanı saxta düşməni imitasiya edən hava və dəniz hədəfləri vurulub.
“Qara Dəniz Donanmasının gəmilərinin ekipajları dəniz və hava hədəflərinə atəş açıb. Onlar həmçinin üzən mina və bombaları da məhv ediblər” deyə qurumdan bildirilib.
Qeyd edirik ki, Qara dənizdə keçirilən təlimlərə ümumilikdə 20-dən çox hərbi gəmi cəlb olunub.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB