Danimarka hökuməti Malidə hakimiyyətdə olan hərbçilərin tələbindən sonra qoşunlarını bu ölkənin Mali ərazisindən çıxarmaq qərarına gəlib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Yeppe Kofod bildirib.
“Hakimiyyətdə olan hərbçilər Danimarkanın Malidə daha xoş qarşılanmadığını təsdiqləyən açıq bir mesaj göndərdi”, – deyə nazir Avropa mediasından sitat gətirib.
“Biz ordumuzu geri çəkmək qərarına gəldik”, – deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB