Qırğızıstan Tacikistanı danışıqlar masasına əyləşməyə çağırıb

Qırğızıstan və Tacikistan arasında danışıqlar başlayıb
Qırğızıstan Tacikistanı danışıqlar masasına əyləşməyə çağırıb

Qırğızıstanın Sərhəd Xidməti Tacikistanı atəşi dayandırmağa və problemli məsələlərin həlli üçün danışıqlar masasına əyləşməyə çağırıb.

Qırğızıstan tərəfi Tacikistanın sərhəd qoşunlarını ölkələrin sərhədində atışmalarda günahlandırıb, həmçinin onları kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə etməkdə və insan tələfatına səbəb olan toqquşmaları qəsdən törətməkdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstanın Batken vilayətinin qubernatoru və Tacikistanın Soqdiysk əyalətinin qubernatorları arasında sərhəddəki atışma ilə bağlı danışıqlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə