Çin ordusu Olimpiya Oyunlarında təxribatlara qarşı hazırdır

Çin ordusu Olimpiya Oyunlarında təxribatlara qarşı hazırdır

Çin silahlı qüvvələri Pekin-2022 Qış Olimpiya Oyunları vaxtı istənilən xarici təxribata və gözlənilməz hallara cavab verməyə tam hazırdır.

SİA xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin mətbuat katibi U Çien yanvarın 27-də keçirdiyi mətbuat konfransında ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərin Çin ətrafına doğru mümkün hərəkətini şərh edərkən belə deyib.

Olimpiya oyunlarının beynəlxalq ictimaiyyət üçün böyük idman tədbiri olduğunu vurğulayan Milli Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Çin, sadə, təhlükəsiz və möhtəşəm bir Oyunlar təqdim etmək üçün bütün tərəflərlə birlikdə çalışacaq.

Qeyd edək ki, növbəti Qış Olimpiya Oyunların fevralın 4-dən 20-dək Pekində və yaxınlıqdakı Canciakou şəhərində təşkil olunacaq. Pekin həm Yay, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə