Blinken çinli nazirə münaqişənin nəticəsindən danışıb

Blinken çinli nazirə münaqişənin nəticəsindən danışıb

Rusiya Ukraynaya hücum edəcəyi halda dünyada təhlükəsizlik və iqtisadiyyat riskə məruz qalacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Van İ ilə söhbətində bildirib.

E.Blinken qeyd edib ki, gərginliyin azaldılması və diplomatiya böhranın tənzimlənməsi münaqişənin həlli baxımından ən uyğun yollardır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə