“Times of Israel” qəzetinin yazdığına görə, israilli ravvin Türkiyəyə işgüzar səfəri zamanı güclü qar fırtınası səbəbindən özünü məsciddə yatarkən, hətta namaz qılarkən görüb. SİA xarici mətbuarta istinadən bildirir ki, “Elpis” adlı fırtına Avropa və Asiya qitələrini birləşdirən 16 milyonluq İstanbulu vurub və bəzi yolların bağlanmasına səbəb olub. Kaşrut (İbrani pəhriz kodu) müfəttişi ravvin İsrail Elbom bu həftənin əvvəlində bölgədəki şəkər zavodunun fəaliyyətini yoxlamaq üçün İstanbula gəlib.
Fırtına nəticəsində təxminən 12 saat magistral yolda qapalı qalan türk əsgərləri ravvini İstanbul hava limanı yaxınlığındakı məsciddən götürüblər.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB