Yol bir anda çökdü

Malayziyada təsirli olan şiddətli yağışdan sonra meydana gələn sürüşmədə yolun çökməsi nəticəsində 5 avtomobilə ziyan dəyib. SİA xarici mətbuata istinadən bildirir ki, Malayziyanın Selanqor əyalətində güclü yağışdan sonra baş verən sürüşmə nəticəsində bütün yol çöküb. 5 avtomobil çökən yol ilə çuxura düşdükdən sonra hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları gəlib. Malayziya polisi sürüşmənin böyük hadisə olduğunu bildirərək, yolun sürüşmə səbəbi ilə çökməsini "fəlakət" olaraq xarakterizə edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə