ABŞ-ın 45-ci prezidenti Donald Tramp səlahiyyət müddətində verdiyi açıqlamalar, daxili və xarici siyasətdə atdığı addımlar və nəhayət, koronavirus epidemiyası ilə bağlı tutduğu münasibətlə heç vaxt dünya gündəmindən düşməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nəhayət, Co Baydenə uduzduğu prezidentlik yarışı və onun ardınca baş verən qanlı Konqres basqını səbəbindən çətin günlər keçirən Trampla bağlı ən maraqlı məsələlərdən biri də onun yenidən prezidentliyə namizəd olub-olmayacağıdır.
Bu mövzuda aparılan sorğu işlərində Respublikaçılar Partiyasının Trampın namizədliyinə isti münasibət bəslədiyi və mümkün açıqlamada Donald Trampı dəstəkləyəcəyi qənaətinə gəlinib. Tramp isə bu məsələ ilə bağlı susqunluğunu açıq-saçıq olmasa da, ağzından qaçırdığı bir sözlə pozdu və namizədlik məsələsində ilk dəfə olaraq aydın mövqeyi ortaya çıxdı. Prezidentliyindən ayrıldıqdan sonra Floridada vaxt keçirən və sevimli məşğuliyyəti olan qolf oynamaqla maraqlanan Tramp sosial mediada da əksini tapan videoda özünü ABŞ-ın 47-ci prezidenti kimi qeyd edib. Tramp bu günə kimi rəsmi namizədlik açıqlaması verməsə də, bir çox hallarda verilən suallara verdiyi cavablarla yenidən namizəd ola biləcəyinə dair siqnallar verib. Ancaq məlumdur ki, Trampın bir məsələ ilə bağlı qəti qərarı var: 2024-cü il seçkilərində namizəd olacaqsa, 2022-ci il ara seçkilərinin nəticələrini gördükdən sonra bunu açıqlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB