Məşhur aparıcının həyat yoldaşı öldürüldü

Məşhur aparıcının həyat yoldaşı öldürüldü

Türkiyədə məşhur aparıcı Ece Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu öldürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında İstanbulda restoranlardan birində Mahmutyazıcıoğlu və sürücüsü naməlum şəxslər tərəfindən güllələnib. Hadisədən dərhal sonra onlar xəstəxanaya yerləşdiriliblər. Mahmutyazıcıoğlu həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, Mahmutyazıcıoğlu bir müddət “Beşiktaş” futbol klubunun idarə heyətində olub. Uzun illər Ece Erkenlə veriliş təqdim edən Bircan Bali “Söyləməsəm olmaz” proqramının canlı yayımında bəzi açıqlamalar verib. Onun sözlərinə görə, Mahmutyazıcıoğluna yeddi güllə vurulub. Onun son sözü “Lütfən, məni xilas edin” olub. Həyat yoldaşının ölüm xəbərini alan Ece Erkenlə əlaqə saxlamaq mümkün olmayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə