Məşhur "youtuber" həyatını itirdi

Məşhur "youtuber" həyatını itirdi

Təcrübələrini mütəmadi olaraq izləyicilərlə bölüşən amerikalı "youtuber" Melanie Ham evlilik ildönümünə günlər qalmış 36 yaşında dünyasını dəyişib. Əri Robertin sevimli həyat yoldaşının xatirəsinə sosial şəbəkədə paylaşdığı paylaşımlar isə görənləri qüssəyə boğub. SİA xarici mətbuata istinadən bildirir ki, həyat yoldaşı sosial şəbəkədə bu kədərli xəbəri paylaşaraq iki uşaq anasının evliliklərinin 16-cı ildönümünə 9 gün qalmış dünyasını dəyişdiyini açıqlayıb. Melanie "YouTube" kanalında tikiş və toxuculuqla bağlı videolar paylaşırdı. "Öz əlinizlə" dərsləri sayəsində sosial media dünyasında ad qazanıb. Gənc qadın ölümündən əvvəl "YouTube"da 810.000 izləyicisi var idi.

Qeyd edək ki, Melanie "epitelioid angiomiolipoma" adlı sarkomanın səbəb olduğu xərçəng xəstəliyindən əziyyət çəkirdi. Əməliyyat olunmasına baymayaraq xərçəngə qalib gələ bilmədi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə