ABŞ-ın F-35C kəşfiyyat təyyarəsi itkin düşüb

ABŞ-ın F-35C kəşfiyyat təyyarəsi itkin düşüb

Cənubi Çin dənizinə düşən ABŞ-ın F-35C kəşfiyyat təyyarəsi itkin düşüb. ABŞ yüksək səviyyəli hərbi texnologiya ilə təchiz edilmiş təyyarənin Çinin əlinə keçməməsi üçün zamanla yarışır. SİA carici mətbuata istinadən bildirir ki, ABŞ-ın ən qabaqcıl döyüş təyyarələrindən biri olan F-35C Cənubi Çin dənizində təlim keçirən təyyarədaşıyan gəmiyə enməyə cəhd edərkən dənizə düşüb.

Təyyarənin pilotu özünü yerə ataraq xilas olub. Altı dənizçi də yaralanıb. Onlardan üçü Filippində xəstəxanaya yerləşdirilib. Lakin təyyarənin qalıqları dənizə düşüb. ABŞ-ın ən qabaqcıl və ən yeni hərbi texnologiyası ilə təchiz edilən təyyarənin Çinin əlinə keçəcəyindən ehtiyatlanır. 100 milyon dollarlıq gizli döyüş təyyarəsi radarı aldadan casusluq avadanlığı kimi dövlət sirlərini ehtiva edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə