Nazarbayevin Qazaxıstan Təhlükəsizlik Şurasına ömürlük sədrliyi ləğv edilib

Qazaxıstan parlamentinin yuxarı palatası (Senat) ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.

SİA-nın TASS agentliyinə istinadla xəbərinə görə, yanvarın 19-da aşağı palata (Məclis) müvafiq qanun layihəsini qəbul etmişdi.
Yeni qanunun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə