Kanadanın müdafiə naziri Ukraynaya səfər edəcək

Kanadanın müdafiə naziri Anita Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək.

SİA xəbər verir ki, bu barədə Kanadanın baş nazir Castin Trüdo bildirib.

“Birləşdirici” əməliyyatına davam edən öhdəliyimiz Kanada Silahlı Qüvvələrinin öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə edə bilməsi üçün Ukrayna ordusuna dəstəyini təmin edir. Nazir Anand yaxın günlərdə Latviya və Ukraynaya səfər edəcək”, – Trüdo mətbuata açıqlamasında deyib.

O əlavə edib ki, Kanada hökuməti Kiyevə verdiyi dəstəyin bir hissəsi olaraq, yaxın vaxtlarda Ukraynada mövcud olan 200 nəfərdən əlavə, ölkənin hərbçilərinin sayını daha 60 nəfər artıracaq.

Trüdonun sözlərinə görə, Ukraynadakı Kanada kontingentinin sayı sonda 400 nəfərə qədər artırılacaq. Kanada Nazirlər Kabinetinin rəhbəri həmçinin əlavə edib ki, Ottava Kiyevə öldürücü olmayan silahların tədarükünü davam etdirmək, kiberhücumlarla mübarizədə dəstək vermək və kəşfiyyat məlumatlarını paylaşmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...