Polşa Belarusla sərhəddə səddin tikintisinə başlayıb

Polşa qanunsuz miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə səddin tikintisinə başlayıb.

SIA Polşanın Sərhəd xidmətinə istinadla xəbər verir ki, tikinti işləri eyni vaxtda 4 ərazidə aparılacaq. Plana əsasən, səddin uzunluğu 186 kilometr, hündürlüyü 5,5 metr olacaq. Tikintiyə təxminən 400 milyon dollar vəsait sərf ediləcək. Səddin iyunda hazır olacağı gözlənilir. Gələcəkdə onun müasir müşahidə vasitələri ilə təchiz olunması planlaşdırılır.

Qeyd edək ki, Belarusun Latviya, Litva və Polşa ilə sərhədində vəziyyət 2021-ci il noyabrın 8-dən sonra gərginləşib. Minlərlə miqrant Belarus tərəfdən Polşa sərhədinə yaxınlaşıb, bəziləri bu ölkənin ərazisinə keçməyə cəhd edib. Ötən il ərzində 40 minə yaxın belə cəhd qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə