Osmanlı əsgəri kaskası tapıldı və cinayət işi açıldı

Argeş vilayəti polisindən verilən məlumata görə...

Rumıniyada bir evdə 300 illik Osmanlı əsgəri kaskası tapıldı.

SİA xəbər verir ki, Argeş vilayəti polisindən verilən məlumata görə, Stefanesti qəsəbəsində yaşayan 55 yaşlı adamın evindəki axtarışda 18-ci əsrdən qalma olduğu təxmin edilən bir Osmanlı əsgəri kaskası ortaya çıxıb.

Tarixi və antik əsərlərin satıldığı bir yerdə satışa çıxarılmağa hazırlanan kaska ilə əlaqədar axtarış üzrə Piteşti Məhkəməsinə bağlı prokurorluq tərəfindən “mədəni mirasa aid əşya oğurluğu və gizlətmə cinayəti” maddəsilə istintaq başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə