Ukraynaya səfər edəcəklər XİN RƏHBƏRLƏRİ

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bir neçə gündən sonra Almaniyadan olan həmkarı ilə Kiyevə gedəcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Senatda çıxış edərkən Le Drian bəyan edib.

"Mən alman həmkarımla bir neçə gündən sonra Kiyevə gedəcəyəm", deyə Jan-İv Le Drian bildirib.

Xatırladaq ki, Rusiya dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib, heç kəsi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib və qeyd edib ki, “Rusiyanın təcavüzü” ilə bağlı bəyanatlar daha çox NATO hərbi texnikasının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur. Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib ki, Qərbin “Rusiya təcavüzü” və Kiyevə özünü ondan müdafiə etməkdə köməklik etmək ehtimalı ilə bağlı bəyanatları həm gülünc, həm də təhlükəlidir.
Eyni zamanda, Kiyev və Qərb dövlətləri son vaxtlar Rusiyanın Ukrayna sərhədləri yaxınlığında guya “aqressiv hərəkətləri”nin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qoşunlarını öz ərazisi daxilində və öz mülahizəsinə uyğun yeridir. Onun sözlərinə görə, bu heç kimi təhdid etmir və heç kimi narahat etməməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl dediyi kimi, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...