Boris Conson "qəribə" adlandırılıb

Britaniyalı alim və teleaparıcı Mayk Qalsvorsi baş nazir Boris Consonun Qərbin Rusiyaya qarşı “müqavimətində” Londonun rolu ilə bağlı sözlərini “ecazkar”, özünü də qəribə adlandırıb. SİA xəbər verir ki, bu barədə Qalsvorsi Tvitter hesabında yazıb.

"Consonun Britaniya hökumətinin bütün Qərbi Rusiyaya qarşı birləşdirdiyi barədə bəyanatı ecazkarlıqdır. Onu Avropada sevmirlər, Bayden ona güvənmir", deyə Qalsvorsi yazıb.

Böyük Britaniyanın baş nazirinin “Qərbin birləşməsi” ilə bağlı sözləri parlamentdə çıxışı zamanı eşidilib.

Xatırladaq ki, bir gün əvvəl Boris Conson artıq Rusiya ilə münasibətlər məsələsinə toxunub. O, Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazırlaşdığını bildirib. Kreml buna cavab olaraq qeyd edib ki, London belə bir söhbətlə bağlı rəsmi Moskva ilə əlaqə saxlamayıb. Həmçinin prezidentin mətbuat katibi Dmitri Peskov Britaniyanın hazırda Avropada yaranmış çətin vəziyyəti müzakirə etməkdə maraqlı olduğunu deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə