Milyonlarla dollar xərcləyən adam tanınmaz hala düşüb

ABŞ-da yaşayan venesuelalı Henri Rodriqez, Marvel qəhrəmanı Red Skulla bənzəmək üçün çoxlu döymələr etdirib, burnunu kəsdirib, başına qırmızı kəlləni xatırladan buynuzlar taxdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər əməliyyatlara 40 min dollar xərcləmiş Henri tanınmaz hala düşüb.

Henri uşaqlıqdan komediya filmlərinə böyük marağı olduğunu, bu səbəbdən istədiyi kimi yaşamağa başladığını və pərəstişkarı olduğu Red Skull personajına bənzəmək üçün əlindən gələni etdiyini bildirib. Henri etdiyi prosedurlardan sonra çəkdirdiyi bütün şəkilləri sosial media hesabında izləyiciləri ilə paylaşıb. Nəhayət dilini ortasından kəsərək çəngəl şəklinə salan Henri üzündə əməliyyatları davam etdirəcəyini bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə