Polşanın tikəcəyi divarın tikintisinə başlanılıb

Keçən ilin yayından etibarən Belarusdan gələn qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən sərhəddə divar tikməyə qərar verən Polşa rəhbərliyi bu gün divarın tikintisinə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Polşa Sərhəd Mühafizə Birliyinin sosial media hesabında yayımladığı görüntü ilə tikintiyə başlanıldığı açıqlanıb. Burada sərhəddə işləyən tikinti texnikasının görüntüləri olsa da, sözügedən divarın tikintisinin bölmə daxilində indiyə qədər edilən ən böyük tikinti sərmayəsi olduğu bildirilib. Divarın tikintisinə Polşa-Belarus sərhəd xətti boyunca 4 fərqli bölgədə eyni vaxtda başlanıldığı və divarın uzunluğunun 186 kilometr, ümumi dəyərinin isə 1,6 milyard zloti (təxminən 350 milyon avro) olacağı bildirilib. Divarın tikintisinin iyun ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə