"Dahi" ləqəbli məşhur modelyer dünyasını dəyişdi

Dünyaca məşhur ulduzların kostyumlarını hazırlayan və hazırladığı geyimlərdə öz imzasını qoyan Teri Muqler 73 yaşında vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, minlərlə insan tərəfindən gözəl paylaşımlarla yola salınan Teri Muqler arxada sənətlə dolu bir həyat qoyub.

Teri Muqler dizaynları ilə Beyons, Kim Kardaşyan və Diana Ross kimi dünyaca məşhur adların xüsusi gecələrini yaradan bir addır. Teri Muqler Kardaşyanın çox danışılan islaq görünüşlü “Met Gala” paltarından tutmuş Beyonsun qızıl paltarına və Diana Rossun simvolik şəffaf kostyumuna qədər bütün yaddaqalan paltarların arxasındakı cəsur dahi idi. Moda dünyasının bu ağrılı itkisindən sonra başda müğənni Beyons olmaqla onun yanında olan hər kəs haqqında tərif dolu sözlər danışıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə