Ukrayna Türkiyənin vasitəçiliyini qəbul edir

Ukrayna Prezidentinin Administrasiyası prezident Tayyib Ərdoğanın fevralın əvvəlində Kiyevə səfərindən əvvəl Ankaranın vasitəçilik missiyasını yerinə yetirmək istəyinə “yaşıl işıq” yandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təklifin rəsmi Kiyev tərəfindən müsbət qarşılandığını qeyd edən Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar “Ukrayna Türkiyənin vasitəçilik təklifini məmnuniyyətlə qəbul edir və dəstəkləyir. Təklifin Ukrayna və Rusiya liderləri Vladimir Zelenski və Vladimir Putinin görüşünü nəzərdə tutması bizim üçün son dərəcə vacibdir. Bizim gözləntimiz Rusiyanın Türkiyənin vasitəçilik təklifinə müsbət cavab verməsidir” deyə bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...