Misir ABŞ-dan 2,5 milyard dollarlıq silah-sursat alacaq

ABŞ Dövlət Departamenti Misirə 2,5 milyard dollar dəyərində 12 ədəd C-130 Super Herkules hərbi nəqliyyat təyyarəsi və 3 ədəd SPS-48 tipli yerüstü hava hücumundan müdafiə radar sisteminin satılması kontraktını təsdiq edib. Bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyi məlumat yayıb.

SİA xəbər verir ki, Misir hərbi nəqliyyat təyyarələrinin alınmasına 2,2 milyard dollar ödəyəcək. Radar sistemləri isə Qahirəyə 350 milyon dollara başa gələcək. Statistik rəqəmlərə görə dünyanın doqquzuncu böyük ordusuna mali olan Misir ən müasir hərbi texnika alınmasına xüsusi əhəmiyyət verir.

Pentaqonun açıqlamasında bildirilib ki, müasir hərbi texnikanın ABŞ-ın NATO-ya üzv olmayan müttəfiqi və Yaxın Şərqdə ən böyük strateji tərəfdaşı olan Misirə satışından əsas məqsəd bu ölkənin müdafiə qabiliyyətinin artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə