Peru hökumətinin sədri koronavirusa yoluxub

Peru Respublikasının Nazirlər Şurasının sədri Mirta Vaskes koronavirusa yoluxub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə hökumətinin mətbuat xidmətindən bildiriblər.

"Nazirlər Şurasının sədri Mirta Vaskesin koronavirus testinin nəticəsi müsbət çıxıb. Baş nazirdə xəstəliyin yüngül simptomları müşahidə edilir, onun vəziyyəti stabildir", - deyə mətbuat xidmətindən qeyd ediblər.

Bildirilib ki, hökumət başçısı gücləndirici ("buster") doza da daxil olmaqla koronavirusa qarşı tam peyvənd olunub.

Qeyd edilir ki, Mirta Vaskes özünü təcrid edib və işini məsafədən davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...