Livanın Ramiyə yaşayış məntəqəsinin bir qrup sakini İsraillə həmsərhəd ərazidə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına çəkiliş apardıqları zaman hücum ediblər.

Lent.az-ın məlumatına görə, bu barədə UNIFIL-in informasiya xidmətinin rəhbəri Andrea Tenenti açıqlama verib.

“Cinayətkarlar BMT avtomobillərinin yolunu kəsib və hərbçilərdən birini yaralayıblar. Onlar iki avtomobilə ziyan vurub və bir neçə əşyanı oğurlayıblar”, Tenenti bildirib.

BMT sözçüsü xatırladıb ki, BMT qüvvələrinə hücum Livan və beynəlxalq qanunlara görə, cinayət sayılır: “Cavabdehlik daşıdıqları ərazidə olan sülhməramlılar həmin vaxt BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq öz missiyalarını yerinə yetirirdilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə