Slovakiya diplomatların Kiyevdən təxliyəsinə ehtiyac görmür

Ukrayna ətrafındakı mövcud gərginliyə baxmayaraq, rəsmi Bratislava diplomatların Kiyevdən təxliyəsinə ehtiyac görmür.

SİA xəbər verir ki, bu sözləri Slovakiyanın xarici işlər naziri İvan Korçok TASR agentliyinə müsahibə zamanı bildirib.

Nazir qeyd edib ki, diplomatların bölgədə mövcudluğu imtinaolunmaz əhəmiyyət daşıyır və eyni zamanda böhranın siyasi həlli üçün göstərilən səylərin təsdiqi olaraq vacibdir.

Slovak nazir həmçinin bildirib ki, Aİ xarici işlər nazirlərinin Brüssel toplantısında Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı mümkün yeni sanksiyalar barəsində qərar verilməyib. O bildirib ki, ölkəsi Slovakiya sərhədlərindən cəmi bir neçə yüz kilometr məsafədə hadisələrin inkişafını yaxından izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...