İtaliyada gündəlik yoluxma sayı təxminən 2,5 dəfə artıb

İtaliyada ötən sutka ərzində koronavirusa 186 mindən çox yoluxma halı qeydə alınıb, bu isə bir gün öncə ilə müqayisədə təxminən 2,5 dəfə daha çoxdur.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son sutka ərzində koronavirusa 186 740 nəfər yoluxub, öncəki gün bu göstərici 77,7 min nəfərə bərabər idi. Son 24 saat ərzində 1,4 milyona yaxın test aparılıb.

Həmçinin son sutka ərzində koronavirusdan 486 ölüm halı qeydə alınıb.

Hazırda xəstəxanalarda 20 minə yaxın pasiyentin müalicəsi dava medir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...