Afrikada qasırğa 50-yə yaxın insanın həyatına son qoyub

Afrikanın cənub-şərqində “Anna” tropik qasırğası son dörd gündə azı 46 nəfərin həyatına son qoyub.

SİA xəbər verir ki, bu barədə France-Presse (AFP) agentliyi məlumat yayıb.

İnsan tələfatı Madaqaskar, Mozambik və Malavidə qeydə alınıb.

Yanvarın 22-də Madaqaskarda daşqınlar və torpaq sürüşmələri nəticəsində 39 nəfər ölüb, 65 min nəfər evsiz-eşiksiz qalıb. Ayın 24-də qasırğa Mozambikin mərkəzi bölgələrinə çatıb. İlkin məlumata görə, orada 3 nəfər ölüb, 49 nəfər yaralanıb. Malavidə isə daşqınlar nəticəsində 4 nəfər ölüb, ölkənin böyük hissəsi işıqsız qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə