Monteneqroda ən aşağı temperatur rekordu qeydə alınıb

Monteneqroda ən aşağı temperatur rekordu qeydə alınıb

Monteneqronun şimalındakı Taşlıka bölgəsindəki Kosanitsa bələdiyyəsində ölkədə bu vaxta kimi qeydə alınan ən aşağı temperatur rekordu qırılıb.

SİA xəbər verir ki, Kosanitsada havanın temperaturu -33,2 dərəcə selsiyə enib.

Qeyd edək ki, ölkədə indiyə qədər ölçülən ən aşağı temperatur 1985-ci ildə Rojaye şəhərində -32 dərəcə olaraq qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə