NATO həftəsonu Rusiyanın təkliflərinə cavab göndərəcək

NATO həftəsonu Rusiyanın təkliflərinə cavab göndərəcək

"NATO ABŞ-la paralel olaraq Rusiyanın təhlükəsizliyin təminatı sazişi layihələrinə cavablarını göndərəcək”.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “CNN” kanalının efirində bildirib.

“NATO-nun yazılı sənədinin hazırlanmasını yekunlaşdırırıq. Sənədi bu həftənin sonunda göndərəcəyik. Biz bunu ABŞ-la paralel edəcəyik” – deyə Yens Stoltenberq bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə