Sahibkarların mitinqi başa çatıb

Vergi sahəsindəki yumşalmalar tələb edən sahibkarların mitinqi, Kiyevdəki Verxovnaya Rada binasının yanında sona çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mitinq iştirakçıları Ukrayna parlamentinin qarşısında çərşənbə günü yenidən toplamaq niyyətindədirlər.

Xatırladaq ki, çərşənbə axşamı səhər saatlarında sahibkarlar Kiyevin mərkəzi küçələri ilə yürüş edib, onlar nəzarət-kassa aparatlarından istifadənin sadələşdirilmiş sistemi haqqında qanun layihəsinin qəbulunu və vergi məcəlləsində bir sıra digər yumşaldılmaları tələb ediblər. Yürüşdən sonra onlar Radanın binasına qayıdaraq mitinqi davam etdiriblər. Daha sonra polislə iş adamları arasında əlbəyaxa dava düşüb. Mitinq iştirakçıları parlament binasına girməyə cəhd ediblər. Etirazçılar tüstü bombalarından, qaz patronlarından istifadə ediblər. Qarşıdurma zamanı bir neçə nəfər yerdə olub, amma təhlükəsizlik üçün izdihamdan kənara çıxarılıb. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyanın ən fəal iştirakçılarını kobud şəkildə saxlayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...