Məşhur aktrisalar arasında mübahisə yaranıb

Türkiyəli məşhur simalar Hande Erçəl və Demət Özdəmir arasındakı münasibətlərin yenidən gərginləşdiyi iddia edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hande Erçəl ilə eyni idarəçi şirkətə bağlı olan Demət Özdəmirin bütün işləri Erçelə gəldiyi üçün böhrana səbəb olduğu iddia edilib. Ötən gün Erçəlin Demət Özdəmir və Kərəm Bürsinin bir layihədə baş rolu paylaşacağına əsəbiləşdiyi deyilirdi. Yeni iddiaya görə, Hande Erçələ "Dünya ilə Ben Arasında" serialı üçün təklif gəlib. Amma gözəl aktrisa iddialı səhnələri olan rolu qəbul etməyib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...