Hadisə və Mehmet Dinçerlərin evlilik tarixi bəlli olub

Hadisənin bir müddətdir birlikdə olduğu iş adamı sevgilisi Mehmet Dinçerler bir müddət əvvəl evlənməyə qərar vermişdi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hadisə sevgilisinin evlilik təklifinə "Bəli" cavabını verib. Sevgilisinin qollarında "Bizim hekayəmiz indi başlayır" deyən Hadisə ilə Mehmet Dinçerlərin toy tarixi bəlli olub. İddialara görə, Hadisə və Mehmet Dinçerlər 27 apreldə nikah masasına oturacaqlar.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə