Bu adada Covid-19-dan ilk ölüm halı qeydə alınıb

Dünyanın bir çox ölkəsi Covid-19-a yoluxma və ölüm sayının artması ilə ön plana çıxsa da, Covid-19-dan ilk ölüm halı Solomon adalarında qeydə alınıb. SİA xarici mətbuata istinadən bildirir ki, ölkədə son 24 saatda 650 yeni yoluxma aşkar edildiyi, 2 nəfərin öldüyü bildirilib.

Dünən gecə Milli İstintaq Xəstəxanasında dünyasını dəyişən ilk Covid-19 qurbanlarının şəkər və qan təzyiqi kimi xəstəlikləri olan 51 və 59 yaşlı şəxslər olduğu bildirilib. Səhiyyə rəsmiləri yaxın günlərdə xüsusilə paytaxt və bəzi bölgələrdə daha çox Covid-19 hadisəsinin aşkarlanacağını gözlədiklərini söylədi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə