Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik enerjisi kəsilib

Təbii qaz artımına görə ilin əvvəlində şiddətli etirazların yaşandığı Qazaxıstanda bu dəfə elektrik kəsilməsi başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstanda qışın ortalarında elektrik şəbəkələrində yaranan nasazlıq səbəbindən gərginlik enməyə başlayıb. Bunun üzərinə Qazaxıstanın cənub əyalətlərində, xüsusilə Almatı şəhərində elektrik enerjisi tamamilə kəsilib. Dünəndən etibarən kəsilən elektrik enerjisinin bərpası üçün işlərə başlanıldığı açıqlanarkən, ölkədə banklar, fabriklər, ticarət mərkəzləri və bir çox sahələrdə istehsalın dayandığı açıqlanıb. Qazaxstanda başlayan elektrik kəsilməsindən eyni xətt üzrə elektrik enerjisi alan Qırğızıstan və Özbəkistan da zərər çəkib. Qırğızıstandan verilən açıqlamada paytaxt Bişkek və ikinci böyük şəhəri Oşda elektrik enerjisinin kəsildiyi açıqlanıb. Bir çox şəhərlərdə elektrik enerjisinin kəsildiyi bir vaxtda ölkədə cib telefonu və internet bağlantılarının da kəsildiyi, istehsal və xidmət sektorlarında fasilələrin olduğu öyrənilib.

Özbəkistan Energetika Nazirliyindən verilən açıqlamada ölkənin bir çox bölgəsində səhər saatlarından elektrik enerjisinin kəsildiyi açıqlanıb. Bəyanatda problemin həlli istiqamətində səylərin davam etdiyi bildirilib və Qazaxıstan, Qırğızıstan və Özbəkistanın vahid elektrik şəbəkəsindən faydalandığı xatırladılıb.

Xəstəxanalardakı generatorlar sayəsində xəstələrin müalicəsinin davam etdirilə biləcəyi, elektrik enerjisinin bərpa olunması üçün hər bir ölkədən açıqlamalar verildiyi öyrənilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...