Hökumət benzinin qiymətinə müdaxilə edəcək

Yaponiyada rekord həddə çatan benzin qiymətləri hökuməti təhrik edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Kiçi Haqiuda subsidiya proqramının adi benzinin pərakəndə satış qiymətindən 170,2 (Yen)ya yüksələrək, müdaxilə limit yəni 170(Yen)nı keçdikdən sonra həyata keçiriləcəyini açıqlayıb.

Bu gün keçirilən Nazirlər Şurasının iclasından sonra açıqlama verən yaponiyalı nazir bildirib ki, yanacaq qiymətlərində regional fərqlər olsa da, bu tədbir sayəsində ümumiyyətlə kəskin qiymət artımlarının qarşısı alınacaq.

Xam neft qiymətlərindəki artımın yeni maliyyə ilində də davam edə biləcəyinə diqqət çəkən nazir eyni zamanda qeyd edib, qiymət artımının insanların həyatına təsirini minimuma endirmək üçün prosesi izləməyə davam edəcəyik.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə