Bayden "Fox News"un müxbirinə təhqir etdi

Mikrofonunun açıq olduğundan xəbərsiz görünən ABŞ prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verməyə cəhd edən "Fox News"un müxbirini “qancıq oğlu” adlandırıb. SİA-nın verdiyi xəbərə görə, insident dövlət başçısının Ağ Evdə iqtisadi müşavirləri ilə görüşü zamanı baş verib. Amerika xəbər agentlikləri də fürsəti qaçırmayaraq bunu bütün dünyaya yayıblar.

Hadisə belə baş verib, görüşdən əvvəl jurnalistlər Baydenə Ukrayna ətrafındakı vəziyyətlə bağlı sual verməyə başlayıblar. Prezident gileylənib ki, ondan köməkləri ilə müzakirə etmək niyyətində olduğu qiymət artımı barədə yox, Rusiya və Ukrayna ilə bağlı sual verilir. Sonra "Fox News"-un müxbiri Piter Dousi amerikalı liderdən soruşub: "Sizcə, aralıq seçkilərdə (Konqresə bu ilin sonunda keçirilməli olan) inflyasiya siyasi məsuliyyət məsələsidirmi?". Bundan sonra Baydenin müşavirləri ilə müzakirələri başlandığından jurnalistlər konfrans zalından çıxarılıblar. Jurnalistlər binadan tam olaraq çıxmamış Baydenin tribunadan əvvəlcə gileyi, sonra isə söyüşü eşidilib: "Bu, daha çox dəyərdir. Daha çox inflyasiya. Bu nə axmaq adamdır, qancığın oğlu". Bayden ehtimal ki, mikrofonunun söndürüldüyünü düşünüb. Ağ Ev hələlik insidentlə bağlı şərh verməyib.

Media xəbər verir ki, Bayden gərginliyi aradan qaldırmaq üçün şəxsən Dusiyə zəng edib. Jurnalistlə söhbəti zamanı o, qeydinin “şəxsi bir şey olmadığını” söyləyib və jurnalistə həmkarlarının verdiyi suallardan fərqli suallar verdiyi üçün təşəkkür edib.

Qeyd edək ki, məşhur "Fox News" kanalının müxbiri Dusi tez-tez demokratların prezidentini və onun mətbuat katibi Cen Psakini kəskin suallarla narahat edir. Fakt budur ki, ötən ilin statistikasına görə, ABŞ-da inflyasiyanın səviyyəsi, demək olar ki, son 40 ildə rekord həddə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə