Çin Yaponiya-ABŞ sammitinə REAKSİYA VERDİ

Çin hökuməti ötən cümə günü Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən sammitə reaksiya verib. Çin xarici işlər nazirliyinin sözçüsü Zhao Lijian onlayn sammitdə müzakirə olunan məsələlərə toxunaraq, “Tokio və Vaşinqton Pekinə qarşı haqsız ittihamlar səsləndirərək ölkənin daxili işlərinə qarışır. Tayvan, Sincan-Uyğur muxtar bölgəsi və Honq Konqla bağlı məsələlər Çinin daxili işlərinə daxildir və hər hansı bir ölkənin və ya xarici gücün müdaxiləsi qəbuledilməzdir” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bundan əlavə, XİN sözçüsü Lijian, “Heç bir fərd və ya millət Çinin suveren hüquqlarını və ərazi bütövlüyünü qorumaq qərarını qiymətləndirməməlidir” deyə bildirib.

Qeyd edək ki, Yaponiya prezidenti Kişida ilə ABŞ prezidenti Bayden arasında onlayn görüş keçirilib, sammitdə Pekinin Şərq və Cənubi Çin dənizlərində status-kvonu dəyişdirmək üçün birtərəfli cəhdləri, həmçinin Honq-Konqdakı vəziyyət, Sincan-Uyğurda insan haqları pozuntuları müzakirə edilib. Muxtar vilayət və Tayvan boğazı, sülh və sabitliyin təmin edilməsi kimi məsələlər müzakirə edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə