Haitidə 5,3 bal gücündə zəlzələ baş verib

Haitinin cənub-qərbində dünən yerli vaxtla saat 08:16-da qeydə alınan 5,3 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdə həyatını itirən iki nəfərdən biri divarın uçması nəticəsində həlak olub. Digər şəxs Neqresdə torpaq sürüşməsi nəticəsində ölüb. Haiti Mülki Müdafiə Departamenti həlak olan 2 nəfərin şəxsiyyətini açıqlamayıb.

Xilasetmə qrupları zəlzələdə təxminən 50 nəfərin də yaralandığını açıqlayıb. 5,3 bal gücündə zəlzələdən sonra qeydə alınan afterşoklarda daha 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə