Ermənistanda bir gündə 1 300-dən çox yoluxma qeydə alınıb

Ermənistanda bir gündə 1 300-dən çox yoluxma qeydə alınıb

Ermənistanda son sutkada daha 1 332 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 353 731-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 8 032-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 525 nəfərdir. İndiyədək 334 549 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 625 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə