Məşhur fenomen bətnindən çıxartdığı cihazı hərraca çıxarıb

“TikTok”da fenomen olan Rebekka Blue adlı istifadəçi izləyicilərini təəccübləndirməyə davam edir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, alt paltarını və tüpürcəyini satmaqla gündəmə gələn fenomen bu dəfə satışa çıxardığı əşya ilə şəbəkə izləyicilərini şoka salıb. Bu yaxınlarda həkim müayinəsində olan fenomen xanım, bətninə yerləşdirilən hamiləliyə qarşı qoruyucu cihazı daxili orqanından çıxartdırıb.

Daha sonra istifadəyə yararsız cihazı zibil qutusundan geri götürərək hərraca çıxarıb. Fenomen konstraseptiv cihazın hərracda neçə avroya satıldığını da açıqlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə