Afrika Millətlər Kubokunda baş verən izdihamda 6 nəfər həyatını itirib

Afrika Millətlər Kubokunda baş verən izdihamda 6 nəfər həyatını itirib

Kamerunda keçirilən Afrika Millətlər Kuboku matçı zamanı yaranan izdihamda 6 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgədən çəkilən görüntülərdə paytaxt Yaoundedəki Paul Biya stadionuna girməyə çalışan çoxlu sayda insanın izdihamı görünür.

Kamerunun mərkəzi bölgə qubernatoru Naseri Paul Biya ölənlərin sayının arta biləcəyini söyləyib. Başqa bir qurum isə izdiham nəticəsində huşunu itirmiş uşaqların olduğunu bildirib. Covid-19 tədbirləri səbəbiylə 60 min tamaşaçı tutumlu stadion 80 faiz tutumla açılıb. Rəsmilər 50 min insanın tribunalara girməyə çalışdığını bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə