Rusiya səfirliyin boşaldılması ilə bağlı iddiaları təkzib edib

Rusiya səfirliyin boşaldılması ilə bağlı iddiaları təkzib edib

Rusiya-Ukrayna gərginliyi davam edərkən, Rusiyanın Vaşinqton səfirliyini boşaltdığına dair iddialar səslənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov evakuasiya iddialarını təkzib edərək, “Bu, tamamilə yalandır. Vaşinqton, Nyu-York və Hyustonda normal əməliyyatlarımızı davam etdiririk. Səfirlik nə Moskvadan, nə də Xarici İşlər Nazirliyindən heç bir göstəriş almayıb. Biz üzərimizə düşən diplomatik vəzifələr yerinə yetirməyə davam edirik”, - deyə bildirib.

Həftənin əsas gündəm maddəsi olan Rusiyanın təqdim etdiyi təhlükəsizlik zəmanəti layihəsinə ABŞ-ın cavabı üzərində dayandıqlarını ifadə edən Antonov, “Bu həftəki ən mühüm vəzifəmiz, təhlükəsizlik zəmanəti ilə bağlı iki Rusiya təklif layihəsinə Amerikanın yazılı cavablarıdır. Bu, Avropada vəziyyətin sabitləşməsinə kömək edəcək” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə