Almaniyada Federal Hökumət və dövlət kanslerinin iştirakı ilə keçirilən ilin 2-ci Covid-19 iclasında mövcud məhdudiyyətlərin davam etdirilməsi və tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi ilə bağlı fikir səsləndirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Covid-19-un “Omikron” mutasiyası səbəbindən xəstəxanalara və səhiyyə sisteminə təzyiq ola bilər. Almaniya kansleri Olaf Scholz, eyni xəttdə davam etməyin doğru olduğunu vurğulayaraq, “İnfeksiya rəqəmlərinin necə inkişaf edəcəyini, daha dramatik bir inkişaf olub-olmayacağını hələ bilmirik” deyib.
Scholz, vətəndaşlardan diqqətli olmalarını xahiş edərək, insanların sıx olduğu yerlərdə ciddi təmas məhdudiyyətlərinin tətbiq olunmağa davam edəcəyini açıqlayıb. Scholz, peyvənd kampaniyasının da yenidən sürətləndiriləcəyini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB