Ukrayna və Rusiya arasında gərginlik davam edərkən, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefonla danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, görüşdə Rusiyaya qarşı yeni sanksiyalar paketinin detallarının müzakirə edildiyi bildirilib. Ukrayna Rəyasət Heyətinin görüşdən sonra verdiyi açıqlamada, “İclasın əsas diqqəti ölkəmizdə təhlükəsizlik riski vəziyyətinin azaldılması üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsi olub” ifadələrindən istifadə edərək, Avropa İttifaqı tərəfindən hazırlanacaq yüksək iqtisadi, siyasi və təhlükəsizlik məsələləri üzrə genişmiqyaslı sanksiyalar paketi prosesi müzakirə edilib. Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının Aİ üçün nə qədər vacib olduğunu vurğulayan Zelenski, hücum halında Rusiyanın ağır iqtisadi xərcləri ödəməli olduğunu vurğulayıb.
Zelenski bu xərclərin Rusiyaya hücumdan sonra deyil, hücum başlamazdan əvvəl, hücum niyyəti zamanı ödənilməsinin vacibliyinə diqqət çəkib. Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında bütün Avropa İttifaqına üzv ölkələrin birliyini qoruyub saxlamasının vacib olduğunu qeyd edən Zelenski, “Ukrayna təxribatlara boyun əyməyəcək, tərəfdaşlarına qarşı sakit və səbirli olacaq” deyib. Zelenski Aİ Şurasının sədri Mişelə müraciət edərək deyib: “Sizə və diplomatları ölkəmizdə qalan və vəzifələrini yerinə yetirərkən bizi dəstəkləyən Aİ ölkələrinin liderlərinə minnətdaram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB